Parlamentin komitə sədri daha-4 ŞƏHİD ANASI İLƏ GÖRÜŞDÜ, ONLARI BİR-BİR DİNLƏDİ, ŞƏHİD AİLƏLƏRİNİ NARAHAT EDƏN MƏSƏLƏLƏRİN HƏLLİ İSTİQAMƏTİNDƏ ADDIMLAR ATDI…-FOTOLAR

Millət vəkili, parlamentin Mədəniyyət komitəsinin sədri, professor Qənirə xanım Paşayeva bu gün, 21 dekabr tarixində daha 4 Şəhid anası, daha 4 Qəhrəman ana ilə görüşdü, bir araya gəldi…

Hər zaman Şəhidlərə, Şəhid ailələrinə, Qazilərə, Birinci və İkinci Qarabağ Savaşının iştirakçılarına xüsusi ehtiramı, həssaslığı, diqqəti ilə seçilən, fərlənən millət vəkili yenə ənənəsinə sadiqliyini nümayiş etdirdi…

Bugünkü görüşdə Bərdədən İkinci Vətən Müharibəsi Şəhidi- “Azərbaycan Bayrağı” ordenli Devran Naibovun anası Xuraman xanım, Birinci Qarabağ Savaşında tək qardaşını-Müzəffər İmanovu və İkinci Qarabağ Savaşında tək övladını-Emil Əmirovu Şəhid vermiş Mingəçevirli Xanımnaz xanım, iki övladından, iki oğlundan biri 44 günlük müharibədə Şəhid olmuş Mingəçevirli Şahmar Seyidovun anası Əsməgül xanım və 4 övladından biri-nişanlı oğlu Vətən yolunda canını fəda etmiş Ağcabədili-QaraxanlıNurlan Quliyevin anası Zülfiyyə xanım iştirak edirdi…

Hər dəfə olduğu kimi, budəfəki görüş də çox səmimi, çox isti ortamda baş tutdu…

Budəfəki görüşdə də yenə çox duyğulu anlar yaşandı…

Qənirə xanım bir daha Şəhid analarına,Şəhid ailələrinə başsağlığı verdi, bir daha Allahdan onlara səbr dilədi, həm Şəhidlərin, həm də Şəhid analarının, Şəhid ailələrinin baş tacı olduğunu dilə gətirdi…

Qeyd etdi ki, Şəhid anaları, Şəhid ailələri də övladları qədər Qəhrəman və İgiddirlər…

Bu baxımdan, millət vəkili hər kəsin Şəhidlərə, onları yetişdirən, bu Vətənə bəxş edən Şəhid analarına, Şəhid ailələrinə borclu olduğunu sözlərinə əlavə etdi…

Və onu da bildirdi ki, heç zaman Şəhidlərin və Şəhid analarının, Şəhid ailələrinin borcundan çıxmaq mümkün olmayacaq!

Sonra millət vəkili bir-bir Şəhid analarını dinlədi, onları narahat edən məsələlər və problemlərlə maraqlandı…

Həmin məsələlərin və problemlərin həlli istiqamətində özəl təşkilatlar və dövlət qurumları, o cümlədən, Müdafiə Nazirliyi ilə əlaqə saxladı, bir çoxlarının yerindəcə həllinə nail oldu…

Görüş, xüsusi diqqət və həssasiyyət göstərdiyi üçün Şəhid anaları da öz növbəsində millət vəkilinə minnətdarlıqlarını ifadə etdilər, təşəkkürlərini bildirdilər…

Və bu görüşü heç zaman unutmayacaqlarını sözlərinə əlavə etdilər.

Bir saat yarımdan çox davam edən görüşün sonunda Şəhid analarına hədiyyələr təqdim olundu, xatirə fotoları çəkdirildi.

Beləliklə, Şəhid anaları ilə keçirilən bir görüş də çox səmimi və çox isti ortamda başa çatdı.

Var olun-Millətinin Vəkili Qənirə xanım, min yaşayın-hər zaman Şəhid ailələrinin, Qazilərin, Vətən sevdalıların yanında olan, onlardan dəstəyini əsirgəməyən Qənirə Paşayeva!

Allah Sizi, Dövlətimizi, Vətənimizi, Azərbaycanımızı qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 662 yeni yoluxma-DAHA 14 ÖLÜM…

Read Next

Ucarlı Şəhid Namiq Qarayevin-MƏZARININ ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ – FOTOSESSİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir