Parlamentin komitə sədri-SÜRÜCÜLƏRƏ MİNNƏTDARLIQ BİLDİRDİ…

Dünyanın hər yerində olduğu kimi ölkəmizdə də koronovirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi bir çox sahələrdə durğunluq yaradıb. Bununla yanaşı, elə həyatı əhəmiyyətli obyektlər var ki, onların fəaliyyəti vacib və zəruridir. Danılmaz faktır ki, bu günümüzün əsas qəhrəmanları həkimlər,tibb işçiləri,polislər,media işçiləridir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Sadiq Qurbanov deyib.

“Düşünürəm ki, bu sıraya öz sağlamlıqlarını müəyyən riskə ataraq həmin peşə sahiblərini lazımı ünvana çatdıran və daşımaların sanitariya-epidemioloji təhlükəsizliyini təmin etməklə öz işinin öhdəsindən layiqincə gələn BNA-nin,daşıyıcı şirkətlərin əməkdaşlarını və içtimai nəqliyyat sürücüləri də aid etmək olar. Bizim sağlamlığımız üçün bütün çətinliklərə sinə gələrək öz həyatlarını riskə atan peşə sahiblərınə bir daha dərin təşəkkürümü bildirirəm”-deyə, komitə sədri əlavə edib.

Etikxeber.az

Read Previous

Milli Məclisin 6-cı iclası aprelin 17-də olacaq-İCLASDA BƏLƏDİYYƏLƏRLƏ BAĞLI VİLAYƏT ZAHİROVUN HESABATI DİNLƏNİLƏCƏK – YENİLƏNİB

Read Next

Adil Əliyevin “komitəsi” “Yaşamaq yaşatmaq qədər gözəldir” adlı-QANVERMƏ AKSİYASI KEÇİRİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir