Parlamentin komitə iclaslarına start verilir – SABAHDAN

Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə parlamentin komitə iclasları başlayır.

Etikxeber.az-ın MM-dən əldə etdiyi məlumata görə, komitələr arasında ilk iclasa akaemik Rafael Hüseynovun sədrlik etdiyi Mədəniyyət komitəsi start verəcək.

raf-rafa

Adıçəkilən komitənin ilk iclası sabah, yanvarın 17-də keçiriləcək.

İclasda 2018-ci ilin payız sessiyasında görülmüş işlərin hesabatı, həmçinin, komitənin növbəti yaz sessiyası ilə bağlı qanunvericilik işləri olanı müzakirə edilib, təsdiqlənəcək.

Qeyd edək ki, komitənin gündəmində muğam sənətinin, aşıq sənətinin qorunması və inkişaf etdirilməsi, yazılı abidələr, adlar və soyadlar ilə bağlı və digər qanun layihələri var.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törətdi…

Read Next

Prezident “SOCAR karbamid”in açılışında – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir