Parlamentin komitə sədri-ŞƏHİDLƏR ANASI İLƏ GÖRÜŞDÜ, GÖRÜŞ DUYĞULU VƏ İSTİ ORTAMDA KEÇDİ…-FOTOLAR – YENİLƏNİB

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Qənirə xanım Paşayeva bu gün daha bir Şəhid anasını-daha doğrusu, Şəhidlər – Mingəçevirli Şəhid qardaşlar-Əli və İslam Əhmədovların anası Sevinc xanım Əhmədova ilə görüşdü.

Görüş MM-də, millət vəkilinin, hər zaman seçicisinin yanında, Millətinin Vəkili olan Qənirə xanım iş otağında, kabinetində baş tutdu.

Görüş çox səmimi, çox isti və çox duyğulu keçdi.

Qənirə xanım Şəhid qardaşların anasına başsağlığı verdi, ona Allahdan səbr dilədi.

Eyni zamanda, Şəhidlərimizlə, Şəhid qardaşlarla, Şəhid ailələri, Şəhid anaları ilə Fəxr etdiyini, Qürur duyduğunu bildirdi.

Qeyd etdi ki, bütün Şəhidlər, o cümlədən Əli və İslam Əhmədovlar baş tacımız, qürur mənbəyimizdir və hər zaman qəlblərdə yaşayacaqlar.

Heç kimin onları-Şəhidləri unutmağa haqqı yoxdur, Şəhidləri unutmamalı və unutdurmamalıyıq.

Qapısı, Milli Məclisin qapıları hər zaman Qəhrəman Şəhid analarının, Şəhid valideynlərinin, Qazilərin üzünə açıqdır.

O, həmçinin, Azərbaycan dövləti, ölkə rəhbərliyi tərəfindən Şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunduğunu sözlərinə əlavə etdi.

Şəhidlər anası Sevinc xanım isə növbəsində görüş üçün Qənirə Paşayevaya minnətdarlığını bildirdi, həssas münasibət və diqqət üçün təşəkkürünü ifadə etdi.

Şəhid qardaşların anası bütün Şəhidlərimizlə, eyni zamanda, bir gün içində Şəhid verdiyi övladları ilə Qürur duyduğunu bildirib, onların Qələbə və Zəfər Şəhidləri olduğunu söylədi.

Səmimi, isti ortamda keçən görüş bir saata yaxın davam etdi.

Sonda Qənirə xanım tərəfindən Şəhidlər anasına hədiyyələr təqdim olundu.

15:40

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Şəhidlər, Orxanlar bizim üçün örnəkdirlər, onlardan öyrənməliyik…”-Vüqar Rəhimzadə – 30 yaşında Şəhid olan Orxan İsmayılovun-ANIM VƏ BARALYEFİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ – FOTO-VİDEO – YENİLƏNİB – (2)

Read Next

Daha 391 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir