Parlamentin Səhiyyə komitəsi 3 ictimai dinləmə keçirəcək… – FOTO

Sentyabrın 18-də Milli Məclisin (MM) Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, adıçəkilən komitənin sədri Əhliman Əmiraslanov  öncə Azərbaycanda səhiyyə sahəsinin inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin imzaladığı sərəncamlardan, Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyəyə göstərdiyi diqqətdən söz açıb.

Sonra parlamentin 2019-cu il yaz və növbədənkənar sessiyalarında komitədə görülmüş işlərin hesabatı dinlənilib.

Qeyd olunub ki, yaz və növbədənkənar sessiyalar zamanı Səhiyyə komitəsində 7 iclas keçirilib, 14 məsələ müzakirə olunub, onlardan 6-sı qanun layihəsi olub, mühüm əhəmiyyət daşıyan həmin qanun layihələri parlamentdə qəbul edilib.

Komitə sədri bildirib ki, hesabat dövründə Səhiyyə komitəsinə daxil olan 300-ə yaxın ərizə və şikayətin əksəriyyəti müalicənin maliyyə təminatı ilə əlaqədar olub. Müraciətlərə həssaslıqla yanaşılıb, imkan daxilində köməklik edilib. Aidiyyəti üzrə tədbir görülməsi üçün müxtəlif ünvanlara 230 məktub göndərilib. Sessiyalar müddətində komitə sədri 67 vətəndaşı qəbul edib, seçicilərlə çoxsaylı görüşlər keçirib. Komitə üzvləri qanun yaradıcılığında fəallıq göstərdikləri kimi beynəlxalq əlaqələrimizin genişlənməsində, xarici ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanın təmsil olunmasında yaxından iştirak ediblər.

İclasda Səhiyyə komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planından bəhs edən Ə. Əmiraslanov bildirib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında MM-ə təqdim edəcəyi qanun layihələri ilə yanaşı, komitədə hazırlanmış “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq:

“Həmçinin “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin təkmilləşdirilməsinə, ölkəmizdə gələn il yanvarın 1-dən etibarən tətbiq ediləcək icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ hüquqi aktlara dəyişikliklərin edilməsinə, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”nə həsr olunmuş dinləmələr keçiriləcək”.

Müzakirələr zamanı komitə sədrinin müavini Musa Quliyev, deputatlar Qənirə Paşayeva, İlham Məmmədov, Kamilə Əliyeva ötən sessiyalarda görülmüş işləri təqdirəlayiq hesab edib, səhiyyənin vacib problemlərini önə çəkərək bir sıra təkliflər irəli sürüblər.

İ. Məmmədov M. Quliyev onkoloji xəstəliklərin, onkoloji xəstələrinin sayının dünyada olduğu kimi, Azərbaycanda da artdığını qeyd edərək, bu xəstəliyin müalicəsinə dövlət vəsaitinin artırılmasının vacibliyini vurğulayıb, həmçinin, bu yöndə dinləmələrə ehtiyac olduğunu dilə gətirib və nəzərdə tutulan dinləmələri təqdir etdiklərini deyiblər.

Q. Paşayeva ilə K. Əliyeva isə antibiotiklərin açıq satışının, həmçinin, dərman preparatlarının reklamının hələ də davam etməsinə etirazlarını bildirib, bunların qarşısının alınmasının vacibliyini söyləyiblər.

Həmçinin, K. Əliyeva autizmlə bağlı Dövlət Proqramının, Q. Paşayeva reproduktiv salamlıqla bağlı qanun layihəsinin qəbulunu, anemiya xəstəliyi ilə bağlı dinləmələrin keçirilməsini təklif ediblər.

kamilla-musa

 

Sonra komitədə ikinci oxunuşda müzakirəyə çıxarılmış “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, eləcə də “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə uyğunlaşdırma xarakteri daşıyan qanun layihələrinə də baxılıb və Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“İstədiyimiz kimi oynaya bilsək…” – QURBAN QURBANOV – FOTO

Read Next

“…Gələcək planları nəhəngdir” – MİLLƏT VƏKİLİ ÇİN SƏFƏRİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir