Parlamentin xərclər smetası-42 MİLYON OLACAQ…

Gələn il üçün Milli Məclisin (MM) xərclər smetası 42 milyon 270 min 400 manat olacaq. 

Etikxeber.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.

Qeyd edək ki, adıçəkilən qərar layihəsi parlamentin bugünkü plenar iclasının gündəlyinə salınıb.

Qanun layihəsinə əsasən, bu vəsaitdən əməyin ödənişi üçün 34 milyon 492 min 90 manat, ştatda olan işçilərin əməkhaqqına 22 milyon 577 min 364 manat, o cümlədən deputatların əməkhaqqına 5 milyon 382 min 624  manat, ekspertlərin əməkhaqqına 7 milyon 680 min manat, MM Aparatı üzrə əməkhaqqına 7 milyon 671 min manat, deputat köməkçilərinin əməkhaqqına 2 milyon 250 min,  MM-in İşlər İdarəsi üzrə əməkhaqqına 4 milyon 587 min 720 manat, dövlət qulluğu ilə əlaqədar əlavələrə 2 milyon 258 min 340 manat, ştatdan kənar işçilərin əməkhaqqına 37 min 800 manat, əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə 4 milyon 971 min 140 manat, əməkhaqqına görə ayırmalara 6 milyon 905 min 786 manat, ezamiyyə xərcləri üçün 870 min manat nəzərdə tutulub.

Xərclər smetasında nəqliyyat vasitələri üçün 300 min manat da ayrılıb. 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Minsk qrupunun iflası… “Qarabağ Azərbaycandır!”-ZİYAD SƏMƏDZADƏNİN YAZISI – (İKİNCİ HİSSƏ)

Read Next

Büdcə zərfi birinci oxunuşdan keçdi-MM-İN NÖVBƏTİ İCLASI İSƏ AYIN 28-DƏ OLACAQ, RÜSTƏMXANLI MƏMURLARI, VƏZİFƏLİ ŞƏXSLƏRİ MƏSULİYYƏTƏ ÇAĞIRDI, NOVRUZOV İNTERNET MEDİASINA VƏSAİT AYRILMASINI TƏKLİF ETDİ, NURULLAYEV “UŞAQ PULU”, HƏSƏNQULİYEV İSƏ TƏBİB-İN LƏĞVİ MƏSƏLƏSİNİ QALDIRDI – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir