“Parlamentin yeni tərkibdə ilk iclasından keçən bir il ərzində tarixə düşəcək çox mühüm hadisələr baş verdi…”-MİLLƏT VƏKİLİ

2020-ci il mart ayının 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk iclasdakı çıxışı bizim fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirən yol xəritəsidir. Parlamentin yeni tərkibdə ilk iclasından keçən bir il ərzində tarixə düşəcək çox mühüm hadisələr baş verdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ramin Məmmədov deyib.

Bildirib ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük qələbəyə imza atan Azərbaycan ordusu və xalqı tarixin gedişini tamamilə dəyişdi.

“Bu gün bütün regionda yeni reallıq və yeni situasiya yaranıb. Biz artıq qalib dövlətin vətəndaşlarıyıq. Bu, üzərimizə düşən məsuliyyəti artırır, bizi daha diqqətli, fəal olmağa sövq edir. Əminəm ki, bu yeni dövrdə Azərbaycan Prezidentinin rəhbərliyi altında qarşımızda duran vəzifələrin öhdəsindən uğurla gələcəyik. Güclü liderimiz, qüdrətli dövlətimiz, milli birliyimiz və həmrəyliyimiz sayəsində”-deyə, o, əlavə edib.

https://www.facebook.com/R.A.Mammadov

Etikxeber.az

Read Previous

“Dedim ki, biləyimdəki o saatı açın, qolum heç oldu, heç olmasa, saatı açın götürün…”-QAZİ İLKİN ABIYEVLƏ GÖRÜŞDƏ DUYĞULU, KÖVRƏK ANLAR YAŞANDI, RAYON PROKURORU QOL SAATINI QAZİYƏ HƏDİYYƏ ETDİ – FOTOLAR

Read Next

Sağ böyrəyi kəsilib götürülən, ciyəri əməliyyat olunan, onurğa və çanaq sümüyü sınan…və ruhdan düşməyən 3 MEDALLI İGİDİMİZ-QAZİ SEYMUR RAFİQ OĞLU MƏMMƏDOV! – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir