Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın-Milli Məclisin (MM) əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də Beynəlxalq Parlamentlərarası İttifaqdır.
Qeyd edək ki, MM-i 5-ci çağırşda Beynəlxalq Parlamentlərarası İttifaqda (BPİ) nümayəndə heyəti olaraq bir neçə millət vəkili təmsil edib.
Etikxeber.az-ın xəbərinə görə, bunlar 6-cı çağırış MM-in üzvləri Kamran Bayramovla Şahin İsmayılov, eləcə də, sabiq deputatlardan vitse-spiker Valeh Ələsgərov, Sona Əliyeva və Kamran Nəbizədadədir.



Onu da qeyd edək ki, son 3 şəxs hazırda MM-in üzvü olmadıqları üçün, onların BPİ-dəki nümayəndə heyətindəki yerləri də boşdur.
Eyni zamanda, 6-cı çağırış MM-də beynəlxalq təşkilatlarda parlamenti təmsil edəcək nümayəndə heyətlərində bir xeyli yenilənmələrin olacağı gözlənilir və hazırda da bu proses, dəqiqləşdirmələr başa çatmaq üzrədir.
Belə olan halda, adıçəkilən nümayəndə heyətində həm adları çəkilən şəxslərin yerinə başqalarının seçilməsi nəzərdə tutulur, həm də digər üzvlərdən kiminsə digəri ilə əvəzlənməsi mümkün görünür…
Bütün hallarda yaxın günlərdə, MM-in 8-ci plenar iclasınacan bu prosesin başa çatacağı, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin tam formalaşdırılacağı və təsdiqlənəcəyi gözlənilir.

11:11, 23:51, 25 aprel
***
MM-in BPİ-dəki nümayəndə heyətinin tərkibi müəyyənləşib.
Qurumda nümayəndə heyətimizə MM Sədrinin müavini Adil Əliyev rəhbərlik edəcək.
O, bu postda sabiq vitse-spiker V. Ələsərovu əvəzləyəcək
Nümayəndə heyətinin tərkibinə deputatlardan Elnur Allahverdiyev, Ş. İsmayılov, Tural Gəncəliyev, Naqif Həmzəyev, Rəşad Mahmudov, K. Bayramov, Zahid Oruc və Məzahir Əfəndiyev daxildirlər.



Etikxeber.az





