Partiya sədri və sabiq deputat-ARAZ ƏLİZADƏ DƏFN EDİLDİ – YENİLƏNİB

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə bu gün gecə saatlarında vəfat edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə mətbuata mərhumun oğlu məlumat verib.

Bildirib ki, onkoloji xəstəlikdən əziyyyət çəkən atası bu gün günorta saatlarında Yasamal qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, siyasətçi Əlizadə qardaşlarından olan Araz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib.

1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısı olub,

1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının (Qrupunun) sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri, 2012-ci il iyunun 30-da keçirilən partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra- sədri olub.

1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1991-ci ildə Azərbaycan Respublikasının “Respublika Müdafiə Şurası”nın üzvü olub.

 V Çağırış Milli Məclisin deputatı olub.

12:00

***

Araz Əlizadə dəfn edilib.

Təzəpir məscidində mərhumla yaxınları və dostları vidalaşıb.

Daha sonra Araz Əlizadənin cənazəsi Yasamal rayon qəbirstanlığına gətirilərək dəfn edilib.

Etikxeber.az

Read Previous

“Azərbaycan Brüssel formatını dəstəkləyir”-Əliyev Mişellə görüşdə-BELƏ DEDİ- FOTO – YENİLƏNİB

Read Next

“Qarabağ” “Olimpiakos”u öz meydanında-DARMADAĞIN ETDİ – 3:0

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir