“Partiyamız, partiyamızın rəhbərliyi nəyi məsləhət bilirsə, biz ona tabeyik…”-YAP TƏRƏFİNDƏN YENİDƏN DEPUTATLIĞA NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLƏN TAHİR RZAYEV

Biz Yeni Azərbaycan Partiyasının üzvü və əsgəriyik. Partiyamız, partiyamızın rəhbərliyi nəyi məsləhət bilirsə, biz ona tabeyik.

Bunu Etikxeber.az-a açıqlamasında altıncı çağırış Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü Tahir Rzayev namizdəliyinin yenidən irəli sürülməsinə münasibətini bildirərkən qeyd edib.

T. Rzayev sonra “Yenidən namizədliyimin irəli sütülməsi, növbəti dəfə etimad göstərilməsi mənim üçün böyük məsuliyyətdir və böyük şərəfdir. Çalışacağam ki, bu etimadı da öz işimlə, öz fəaliyyətimlə doğruldum. Ölkə Prezidenti cənab İlham Əliyev də bizim qarşımızda vəzifələr qoyub. Hər birimiz bu vəzifələri yerinə yetirməyə borcluyuq. İnsanlarla, seçicilərlə daha yaxından, daha sıx əlaqədə və təmasda olmalıyıq, onlarla daha çox işləməliyik, parlamentimizin fəaliyyətini daha da gücləndirməliyik. Ötən müddət ərzində üzərimizə düşən vəzifələri yerinə yetirməyə, bizə göstərilən etimadı doğrultmağa çalışmışıq. Bu dəfə də bizə göstərilən bu yüksək etimadı doğrultmağa çalışacağıq”-deyə, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMODOV)

Etikxeber.az

Read Previous

“Mənə göstərilən etimadı doğrultmağa çalışacağam”-YAP-IN YENİDƏN DEPUTATLIĞA NAMİZƏDİ AYDIN HÜSEYNOV

Read Next

“Göstərilən etimadı doğrultmaq bizə şərəfdir”-KEÇMİŞ MİLLƏT VƏKİLİ VƏ YAP TƏRƏFİNDƏN YENİDƏN NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLƏN SƏYYAN ARAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir