Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İranın Şiraz şəhərində partlayış olub.
Baş verən güclü partlayış nəticəsində yaralananların sayı 32 nəfərə çatıb.
Etikxeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fars əyalətinin təcili tibbi yardım xidmətinin başçısı Məhəmməd-Reza Əli Maneş bildirib.
“Xəsarət alanların sayı 32 nəfərə çatıb, onlardan 15-i xəstəxanaya yerləşdirilib. Xəsarət alanların vəziyyəti sabitdir. Ticarət mərkəzində baş verən partlayışın səbəbləri hələ ki, məlum deyil”, tibb rəsmisi deyib.
Qeyd edək ki, bundan əvvəl İranın Şiraz şəhərində ticarət mərkəzində güclü partlayışın baş verdiyi, 15 nəfər yaralandığı, ilkin ehtimalla partlayışa qaz sızması səbəb olduğu bildirilirdi.
Etikxeber.az