Partlayışları törətməkdə şübhəli bilinən şəxs özünü öldürdü – ABŞ-DA

Xəbər verildiyi kimi, ABŞ-ın Texas ştatının Ostin şəhərində və onun ətrafında iki nəfərin ölümü və dörd nəfərin yaralanması ilə nəticələnən beş partlayış baş verib.

Etikxeber.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, yerli polisin və federal agentlərin təqib etdiyi şübhəli şəxs martın 21-i səhər saatlarında tapılıb.

Polislə üzləşən cani başqa bir bombanı partladaraq özünü öldürüb.

Bu haqda Texas ştatının polisi xəbər verib.

Verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hələ caninin şəxsiyyətini müəyyənləşdirməyiblər.

Xatırladaq ki, bu il martın əvvəlindən başlayaraq törədilmiş beş partlayış nəticəsində iki nəfər ölüb və dörd nəfər yaralanıb.

Etikxeber.az

Read Previous

“Bu, yəqin ki, Novruz şənliklərindən birinin çəkilişində ermənilərin əlinə keçib” – MN

Read Next

Niqablı qadınların avtomobil sürməsi qadağan edildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir