Paşayeva və Ağayeva Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçildi…

AŞPA-nın yay sessiyası çərçivəsində qurumun Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva qrupun vitse-prezidenti seçiliblər.

Etikxeber.az-ın xəbərinə görə, Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna ümumilikdə 5 nəfər seçilib. Azərbaycanlı deputatların Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Deputatlar bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildirib və qrupu assambleyada daha da fəal təmsil edəcəklərini söyləyiblər. Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.

Etikxeber.az

Read Previous

Mürəkkəb bir dövrdə yaşayırıq… – FƏTƏLİYEVA – FOTO

Read Next

Serbiya-Braziliya-0:2, İsveçrə-Kosta-Rika-2:2, Cənubi Koreya – Almaniya-2:0, Meksika – İsveç-0:3-YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir