Mehdiyev, Paşayeva yoxsa Əliquliyev? – SAAT 16:00-DA YENİ PREZİDENT BİLİNƏCƏK – YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti-akademik Akif Əlizadə istefa verib.

Bu haqda Etikxeber.az-a xəbər verən məlumatlı mənbənin sözlərinə görə, A. Əlizadə bu gün  günorta saatlarında istefa ərizəsi yazıb.

Mənbənin sözlərinə görə, hələ bir müddət öncə A. Əlizadənin AMEA prezidentliyindən getməsi gözlənilsə də, son anda məsələ hansıs səbəbdən təxirə salınıb.

nargiz

amea

“Ancaq bu gün onun istefa verməsi xəbərini aldıq. Sabah 16:00-da isə AMEA-nın Rəyasət Heyətinin binasında yığıncaq keçiriləcək və orada yeni prezident seçiləcək. Səsvermədə də yalnız AMEA-nın həqiqi üzvləri-akademiklər iştirak edəcək, çünki prosedur belədir”-deyə, mənbə bildirib.

AMEA-nın yeni prezidenti vəzifəsinə namizədlərə gəlincə, hələlik dəqiq namizədlər məlum olmasa da, akademiklər Nərgiz Paşayeva ilə Rasim Əliquliyevin adları hallanır.

AMEA prezidentinin seçkilərində Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev və PA-nın Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanın da iştirakı gözlənilir.

Qeyd edək ki, A. Əlizadənin 85 yaşı var.

Həmçinin, qeyd edək ki, A. Əlizadə 2013-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və İdarə Heyətinin üzvü seçilib.

***

ramiz-ilya

“Bu gün saat 11-də heç bir iclasın keçirilməsi gözlənilmir. Rəyasət Heyətinin də iclası dünən olub. Bu gün saat 16:00-da yeni prezident seçkisi keçiriləcək və bu zaman AMEA-nın yeni prezidentinin kimliyi məlum olacaq”.

Bunu da saytımıza açıqlamasında adının çəkilməsini istəməyən həmin mənbə deyib.

Eyni zamanda, qeyd edək ki, namizədlər arasında akademik, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir.

Etikxeber.az

Read Previous

Adilə Namazova, Ömər Eldarov, İradə Hüseynova, Nərgiz Paşayeva – YAŞLI VƏ CAVAN AKADEMİKLƏR – SİYAHI

Read Next

“Təəssüf!” – ƏFLATUN AMAŞOV BƏYANAT VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir