Paşayevadan müraciət: “Göbələk yeyənləri çox diqqətli olmağa çağırırıq”

“Həyat-bacalarından,meşələrdən göbələk toplayıb yeyənləri çox diqqətli olmağa çağırırıq”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.

“Tovuzun Dönük Qırıqlı kəndində yaşadığı evin həyətində göbələk yığaraq bişirən və yedikdən sonra ağır vəziyyətdə Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılan 23 yaşlı Svetlana Abbasovanın vəziyyəti ilə bağlı tez-tez xəstəxananın rəhbərliyi və həkimləri ilə danışırıq. Çox şükr ağır vəziyyətdən çıxdı”-deyə, qeyd edən millət vəkilinin yazdığına görə, xəstənin vəziyyəti yavaş-yavaş yaxşılaşır.

“İnşallah, qısa zamanda sağlamlığına tam qovuşacaq. Amma özəllikə rayonlarda, kəndlərimizə insanlarımız göbələk toplayıb yeyən zaman çox diqqətli olmalıdır. Və yedikdən sonra narahatlıq hiss etməyə başlayarlarsa, dərhal həkimə müraciət etməlidirlər. Gecikmək ciddi fəsadlar və faciələrə yol aça bilir. Çünki göbələk zəhərlənməsi çox ağır ola bilir. Svetlana xanıma bir daha keçmiş olsun. Dualarınızı əksik etməyin”-deyə, o, daha sonra yazıb.

Etikxeber.az

 

Read Previous

“jAzzeri Bands” caz musiqisi axşamı…

Read Next

Razi-zadə Kitaroviçlə nahar süfrəsi arxasında söhbətləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir