“Paşinyan bu dəfə düz deyir…” – MİLLƏT VƏKİLİ

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Dağlıq Qarabağ probleminin həlliylə bağlı danışıqlar prosesində “maraqlı dinamika”nın olduğunu bildirdi. Düz deyir, dinamika var.

Ölkə Prezidenti cənab İlham Əliyevin “Valday” forumundakı çıxışı, orada hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrovun belə sözü gedən problemlə bağlı maraqlarımızla tam uzlaşmasa da, hər halda Paşinyan üçün tərs şillə effekti doğuran mövqe sərgiləməsi, Aşqabadda ona verilən dərs, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sammitlərində səslənən fikirlər, yekun bəyanatda yer alan maddələr, MDB ölkələri müdafiə nazirlərinin Bakıda keçirilən toplantısı göstərir ki, Ermənistanın baş naziri haqlıdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, politoloq Sahib Alıyev deyib.

“Sonuncu toplantı haqqında onu deyim ki, belə görüşlər indiyədək bəlli səbəblərdən Azərbayanla Ermənistanın paytaxtlarında keçirilmirdi. Amma ötən həftə o toplantı Bakıda düzənləndi və Ermənistanın müdafiə nazirinə isə onun gedişini İrəvandan seyr etmək qaldı.

Fikirləşmirəm ki, indiyədək qüvvədə olan yazılmamış anlaşmanın pozularaq MDB ölkələri müdafiə nazirlərinin görüş yeri kimi məhz Bakının seçilməsi təsadüfdür, burada Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqelərinə gizli və cüzi də olsa dəstək əlaməti yoxdur”-deyən millət vəkilinin sözlərinə görə,o, Paşinyanın “Dağlıq Qarabağ probleminin həlliylə bağlı danışıqlar prosesində maraqlı dinamika” olması haqda fikirlərini təsdiqləyir.

“Amma bu “dinamika”da onun özünün, eləcə də ölkəsinin payı nədən ibatərdir, orası “maraqlı”dır…”-deyə, milləıt vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Sumqayıt və Abşerona içməli suyun verilməsində məhdudiyyət olacaq – BU GÜN

Read Next

Ötən ay BŞTİ-yə nə qədər müraciət daxil olub? – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir