“Paşinyan özü hakimiyyətinin sonunu gətirdi…Onu və Ermənistanı yaxşı heç nə gözləmir…”-GƏNC POLİTOLOQUN NÖQTEYİ-NƏZƏRİ

Paşinyan qaş düzəltməyə çalışarkən, gözü də vurub çıxardı!

Ermənistan Baş Naziri Nikol Paşinyana qarşı xalq etirazları pik həddə çatıb.

“Çiçəklənən Ermənistan” , ” Daşnaksütyun” müxalif partiyaları Paşinyan hakimiyyətinin devrilməsini tələb edən çıxışlar keçirib. Həmçinin, xalq da müxalifətə dəstək verir.

Bəs belə daxili çaxnaşmadan çıxmaq üçün Paşinyan nə edəcək və edir?

2 ilə əvvəl sabiq Prezident-hərbi cani, qanlı cinayətkar Serj Saksyana qarşı baş verən çevrilşdə Paşinyan küçələrdə xalqa vədlər verərək rəğbət qazanmaq niyyətindəyidi. Lakin “xalq” onlara verilən vədlərin- Xalqın sayının artırılması, iqtisadiyyatın canlandırılması, sosial-rifahın artması yerinə yetirləmədiyini görür.

Daha önəmli bir nüans isə xalq öz övladlarını əsgərliyə göndərmək istəmir. 2016-cı ilin Aprel döyüşlərində erməni xalqının hakimiyyətə etirazlarını bütün media duyurmuşdu. “Biz övladlarımızı əsgərliyə göndərmirik, müharibə istəmirik, torpaqlar bizə lazım deyil” şüarı ilə çağırışlar edirdilər. Bu gün də həmin ssenaridi.

Paşinyan bu vəziyyətdən çıxmaq üçün 2 istiqamətdə hərəkət edib. Birincisi, müxalifət liderlərini həps etmək, artıq “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan həps edilib. Hətta etirazlar daha da çoxalsa, onu ordu vasitəsi ilə yatırmağa çalışacağına şübhə yoxdur!


İkincisi və ən əsası vahid düşmən obrazı “Azərbaycan” formalaşdırıb, diqqəti yayındırmaq. Ermənistan, Paşinyan iqtidarının işğal altındakı ərazilərdə təlimlər keçməsi, özlərindən razı çıxışlar etməsi, PKK terrorçularını Qarabağa gətirməsi həm güya xalqın gözündə öz imiclərini artırmaq, həm də diqqəti bir mövqeyə fokslandımaq idi məqsədləri. 2020-ci ilin iyul döyüşlərində də xalqın etirazı artdığından diqqəti yayındırdılar. Həmçinin, Qarabağda deyil Tovuz istiqamətində təxribat olması buna dəlalət gətirir.

Paşinyan üçün əsas Azərbaycanla döyüşmək deyil, öz legitimliyini artırmaqdır. Bunun üçün Paşinyan hakimiyyəti yenə cəhbə bölgəsində təxribata əl atdı. Lakin bu dəfə də planları alt-üst oldu. Azərbaycanın bu qədər irəli gedəcyinii təsəvvür etməmişdi.

Bir çox mühüm məqamı aydınlaşdıraq:

Rusiya media qarşısında müharibəyə qarışmadığını bildirdi. Ancaq gizli formada yardım etdiyi məlulmdur. Rusiyanın ilk dəfə bu cür danışmağa Türk, Türkiyə amili vadar etdi. Türkiyə bu dəfə ciddi şəkildə Qafqazda söz sahibin tək Rusiya olmadığını anlatmaq istədi. Həmçinin, Rusiya da NATO ilə münasibətləri pisləşdirməyin axmaqlıq olduğunu bilir. Türkiyə NATO ölkəsidir. Rusiyanın əks- həmləsinə adekvat cavab verəcəyini bildirib. Həmçinin, Kreml Paşinyana bir dərs vermək niyyətindədir.

İkinci məsələ İran-fars rejiminin Ermənistana yardımı ilə bağlıdır. İranın ilk ağlına gələn şey: əgər Azərbaycan işğal altındakı torpaqları azad etmək fikrinə düşübsə, Cənubdakı ərazilərini də unutmayacaq. Həmçinin, İsrail ilə Azərbaycanın arasının yaxşı olduğu məlumdur. İran düşünür ki, İsrail Azərbaycan vasitəsi ilə İranda öz planlarını həyata keçirə bilərr…

Bəli, Paşinyanın yardım üçün yalavarışları artıq gecdi.

Yəni, Paşinyan qaş düzəltməyə çalışarkən, gözü də vurub çıxardı.

Artıq hakimiyyətinin sonunu özü gətirdi!

Hazırkı vəziyyətdə ən optimal variant şərtsiz torpaqları tərk etməkdir!

Çünki Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Elman VƏLİYEV,

Gənc ictimai fəal, politoloq

Etikxeber.az

Read Previous

Oktyabrın 2-də saat 20:00-dək düşmənin məhv edilən döyüş texnikasının-SİYAHISI AÇIQLANDI…

Read Next

“Haqqı görmək istəməyən ölkənin ATƏT-in Minsk qrupunun tərkibində olması da sual doğurur…ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməli, siyasi manefələrini erməni lobbisindən güc alan ölkə bu təşkilatdan kənarlaşdırılmalıdır”-PƏRVİN KƏRİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir