“Paşinyan Putinə izah etməyə çalışacaq ki…”-POLİTOLOQUN BAXIŞI

Ermənistanın baş naziri Nikol Paşinyanın tez-tez Rusiyaya səfərlərinin və Kreml sahibi Vladimir Putinlə görüşlərinin məqsədi parlament seçkiləri ərəfəsində Moskvanın mümkün təsirlərini neytrallaşdırmağa çalışmaqdır.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu dilə gətirib.

Qeyd edib ki, Kreml Paşinyanın seçkidə qələbəsinə mane olmaq üçün radikal müxalifətə maliyyə dəstəyi verə bilər.

“Bundan başqa Paşinyan əmindir ki, Kreml seçki öncəsi Ermənistan hökumətinə qarşı kiberhücumlar təşkil edəcək. Paşinyan bunları önləmək üçün sabah Putinin hüzuruna gedəcək. Ancaq Putin Ermənistanla bağlı planlarını reallaşdırmamaq üçün Paşinyandan Rusiyanın regional maraqlarını nəzərə almasını istəyəcək. Paşinyan Putinin əsas tələblərini yerinə yetirməyəcəyinə görə, Kreml də seçkiqabağı planlarından imtina etməyəcək. Ancaq Paşinyan Putinə onu da izah etməyə çalışacaq ki, Rusiya Prezidenti məğlubiyyətlə üzləşəcək erməni müxalifətinə dəstək verməkdənsə, onunla yola davama üstünlük versin”-deyə, politoloq əlavə edib.

Etikxeber.az

Read Previous

“İran həqiqətən də məhv olub…”-TRAMPIN NÖVBƏTİ İDDİASI

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir