Paşinyan sələflərinin səhvlərindən nəticə çıxararaq, reallıqları nəzərə almalıdır – MEHDİ ABDULLAYEV

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada iş adamları ilə görüşdə söylədiyi sözlər sırf təxribatdır və açıq-aşkar avantüradır. Bu adam əvvəlki cinayətkar həmkarlarının yolu ilə gedərək, öz xislətini və mahiyyətini nümayiş etdirmiş oldu. Göstərdi ki, Ermənistanda hələ ki, normal düşüncəli siyasətçi, ağlı yerində olan dövlət adamı yoxdur, bütün siyasətçilər, idarəçilər daşnak ideologiyasına tutulublar və bu xəstəlikləri də sağalan deyil.

Bunu Etikxeber.az-a açıqlamasında hüquq elmləri doktoru, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev deyib.

mehdi

pasinyannnnnn

O, qeyd edib ki, Paşinyanın sözləri həm də beynəlxalq hüquq normalarının, Azərbaycanın BMT Nizamnaməsi ilə təsbit edilmiş və tanınmış hüquqlarının açıq-aşkar və kobud şəkildə pozulmasıdır:

“Bu adam hələ də anlamır və ya anlamaq istəmir ki, Azərbaycan 1992-ci ildə BMT-yə qəbul olunarkən, bu beynəlxalq təşkilat tərəfindən Qarabağ və ona bitişik işğal olunmuş ərazilər Azərbaycanın tarixi və qanuni əraziləri kimi tanınıb. BMT Təhlükəsizlik  Şurasının münaqişənin həlli ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnamədə, həmçinin, Avropa Şurasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların  qətnamələrində bir daha Qarabağ Azərbaycanın ərazisi kimi tanınıb və işğalçı erməni hərbi birləşmələrinin, cinayətkar quldur dəstələrinin qeyd-şərtsiz həmin ərazilərdən geri çəkilməsi tələb olunub. Bütün dünya ictimaiyyətinə gözəl bəllidir ki, Qarabağ Azərbaycanın ayrılmaz, əzəli-əbədi ərazisidir. İşğal faktının hələ də aradan qaldırılmasına baxmayaraq, bu ərazi, bu torpaq heç zaman ermənilərin, Ermənistanın olmayıb və olmayacaq da. Azərbaycan öz ərazilərindən, öz torpaqlarından heç kimə güzəşt gedən deyil. Bu, Azərbaycanın birmənalı və dəyişməz mövqeyidir. Odur ki, Paşinyan, nə qədər gec deyil, sələflərinin səhvlərindən düzgün nəticə çıxararaq, bölgədəki reallıqları nəzərə almalıdır.  Eyni zamanda, bəyanatlar verməkdən savayı, ötən 20-25 il ərzində heç nə ilə məşğul olmayan, heç nəyə nail olmayan həmsədrlər, ATƏT-in Minsk qrupu da artıq hərəkətə keçməli, Ermənistanı ədalətli sülhə məcbur etməlidirlər. Bəyanatlar dövrü geridə qalıb, artıq konkret iş, əməli fəaliyyət dövrüdür”.

Etikxeber.az

 

Read Previous

XİN-dən Paşinyanın avantürasına sərt cavab: ƏSL XİSLƏTİDİR

Read Next

Bu rayonlarda 5 gün qaz olmayacaq : “AZƏRİQAZ” YENƏ BAŞLADI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir