Paşinyanın anti-Azərbaycan kampaniyası Ermənistan üçün xeyirli gələcək vəd etmir-XİN

Paşinyanın bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistan üçün heç bir xeyirli gələcək vəd etmir.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın martın 14-də keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi əsassız iddialarla bağlı yerli medianın sualına cavabında deyib.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Ermənistanın sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir.

“Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır. Ermənistan tərəfinin təxribatçı iddialarına baxmayaraq, indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı zorakılığın və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün baş nazirin bölgədə azərbaycanlı və erməni əhalinin nisbətində hansı dəyişikliklər baş verdiyi ilə tanış olması kifayətdir. Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət mütəşəkkil və məqsədyönlü siyasətin tərkib hissəsi olub”, – deyə XİN-in mətbuat katibi vurğulayıb.

Etikxeber.az

Read Previous

Sabah hava-NECƏ OLACAQ?

Read Next

“Azərbaycan ən sıxıntılı məqamlarda belə İrana öz dəstək və yardımını nümayiş etdirsə də, xüsusilə İrana qarşı sərt sanksiyalar tətbiq edildiyi zamanda onun yanında olsa da, İran öz xəyanətkar əməllərindən əl çəkmədi”-ZİYAD SƏMƏDZADƏ – (MÜSAHİBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir