“Paşinyanın Qarabağa növbəti səfərinə bir qədər seyrçi münasibətimiz düzgün deyil”- DEPUTAT DANIŞIQLAR FORMATININ DƏYİŞDİRİLMƏSİNİ TƏKLİF ETDİ

Musa URUD: Azərbaycan diplomatiyası öz sözünü deməlidir, ardınca da hərbi qüvvələr

Paşinyanın Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə növbəti səfərinə həm diplomatik xətlə, həm də birbaşa elə hərbi qüvvələrimizin xətti ilə cavab verilməlidir ki, o, eyni zamanda, onun arxasında duranlar həddini bilsin.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Musa Quliyev (Urud) bildirib.

Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma və separatçı “DQR”-dəki iqtidarla çox ciddi problemləri var, eyni zamanda, “Qarabağ klanı” ilə onun münasibətlərində ciddi gərginlikləri mövcuddur.

O, deyib ki, artıq bu gərginlik həm də Ermənistanın əhalisinə sirayət etməkdədir. Çünki Nikol Paşinyan hakimiyyətə gələndə verdiyi vədlərin, demək olar ki, heç birini yerinə yetirməyib.

“Qarabağda da gəlib onun rəqs etməsi və başqa oyunlar çıxarması Qarabağ ermənilərindən özünə dəstək qazanmaq fikri ola bilər. Eyni zamanda, Nikol Paşinyan nə qələt eləməsindən asılı olmayaraq, hesab edirəm ki, bizim həm Xarici İşlər Nazirliyi, həm Müdafiə Nazirliyi ona layiq olduğu cavabı verməlidir. Nikol Paşinyanın hər bir hərəkəti Azərbaycan əhalisinin, Azərbaycan xalqının əsəbinə toxunan və bu əsəbi oyadan bir hərəkətdir.

mussaaaaa

Ona görə həm diplomatik xətlə ona cavab verilməlidir, həm də birbaşa elə hərbi qüvvələrimizin xətti ilə ona cavab verilməlidir ki, o, eyni zamanda, onun arxasında duranlar həddini bilsin. Bizim buna bir qədər seyrçi münasibətimiz də düşünürəm ki, doğru bir münasibət deyil.

Digər tərəfdən, Qarabağ danışıqları ilə bağlı format artıq dəyişilməlidir. Çünki ATƏT-in Minsk qrupu özünü tamamilə iflasa uğratmış və ifşa etmiş bir qurumdur. Əgər Nikol Paşinyanın bu cür bəyənatlarına, hərəkətlərinə – əslində bunlar hamısı danışıqlardan yayınmağa yönələn addımlardır – Minsk qrupu heç bir adekvat reaksiya vermirsə, belə bir qrupun olmağına da ehtiyac yoxdur.

Mən düşünürəm ki, Azərbaycan diplomatiyası artıq öz sözünü deməlidir, ardınca da hərbi qüvvələr”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bakıda küləyin törətdiyi fəsadlarla bağlı məlumat yayıldı – RƏSMİ

Read Next

“Paşinyanın ağlı başına gətirilməlidir…” – MİLLƏT VƏKİLİ – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir