“Paşinyanın təklifi gülüş doğurur…” – DEPUTAT

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi son dərəcə gülünc səslənir. Çünki dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınan əbədi və əzəli torpağımızda başqa bir dövlətin bu istəyi qanunsuz olmaqla torpaqlarımıza göz tikdiyinin bariz nümunəsidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov deyib.

pasinyannnnnn

Millət vəkili bildirib ki,  Ermənistan baş nazirinin bu təklifi Ermənistanın işğalçı ölkə olduğunu və faşist siyasəti yeritdiyini bir daha təsdiqləyir.

“Reallıq isə budur ki, 1991-ci ilin noyabrın 26-dan Dağlıq Qarabağ adlı inzibati bir qurum olmadığından orada belə bir tədbirin keçirilməsi beynəlxalq qanunlara ziddir.

Nikol Paşinyan bu sərsəm təklifi ilə Ermənistanda durmadan itən nüfuzunun bərpasına çalışsa da, hiyləgər niyyəti və faşist təfəkkürü ilə istəyinə nail ola bilməyəcək…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Boykot həmin partiyaları sivil, demokratik mübarizə üsullarından uzaqlaşdırır…” – YAP-DAN MÜXALİFƏTƏ ETİRAZ

Read Next

İcra başçıları PA-ya niyə dəvət ediliblər? – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir