Paytaxt Gəncə olacaq…

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) yeni mədəniyyət paytaxtı elan olunub.

Etikxeber.az xəbər verir ki, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Bişkek şəhərində keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.

S. Lebedev deyib ki, Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı bir illiyə seçilir. Hazırda MDB-nin mədəniyyət paytaxtı Türkmənistanın Daşoğuz şəhəridir. Artıq həmin titul Gəncə şəhərinə keçib və bununla bağlı tədbirlər planı təsdiqlənib. 2017-ci ildə Azərbaycanda hökumətlərarası mədəniyyət paytaxtı proqramının icrası həyata keçiriləcək.

Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasının yekunu olaraq bir neçə sənəd imzalanıb.

Etikxeber.az

Read Previous

Nazir son qərarını 7 gün ərzində qəbul ediləcək

Read Next

“Qəzvin-Rəşt dəmir yolu Astara şəhərinə qədər uzanacaq”- Səfir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir