Paytaxtın bir neçə avtobus dayanacağında xüsusi məlumat lövhəsi quraşdırıldı

Bakının bir neçə avtobus dayanacaqlarında xüsusi məlumat lövhələri quraşdırılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O, bildirib ki, sərnişinlər həm dayanacaqlardakı elektron lövhələrdən, həm də statik lövhələrdən istifadə edə biləcəklər:

“Bu lövhələr yığışdırılmayacaq və statik lövhələr məhz hava şəraitindən asılı olaraq və ya hər hansı kabel zədələnərsə elektron lövhələrdə yarana biləcək nasazlıq zamanı sərnişinlərin məlumat almasını təmin edə biləcək”.

N.Allahyarova qeyd edib ki, eyni zamanda, elektron tablolardan istifadədə çətinlik çəkən yaşlı nəslin nümayəndələrini də nəzərə alaraq bu statik lövhələr faydalı olacaq.

14754814063986729165_1000x669

Etikxeber.az

Read Previous

Sabah hava yağmursuz olacaq

Read Next

Dövlət Sərhəd Xidməti ilə Tacikistanın müvafiq qurumu arasında əməkdaşlıq məsələləri müzakirə edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir