Paytaxtın üç rayonu üzrə səyyar qəbula başlanılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yeni tədris ilində paytaxtın rayonları üzrə müxtəlif məktəblərdə müəllim və valideynlərin ənənəvi səyyar qəbuluna başlayır.

BŞTİ-dən Etikxeber.az-a bildiriblər ki, ilk səyyar qəbul oktyabrın 7-də Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə keçiriləcək. Bakının 156 nömrəli məktəbində təşkil olunacaq səyyar qəbul saat 10.00-da başlanacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təminatı üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarından ibarətdir.

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən öyrəniləcək, problemli məsələlər araşdırılaraq həll ediləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Etikxeber.az

Read Previous

Azərbaycan kubokunda 2016/17-ci illər mövsümündə 19 komanda yarışacaq

Read Next

Təhsil işçiləri Prezident tərəfindən mükafatlandırıldılar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir