Pedro Filipe Soares: “Portuqaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəkləyir”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin xarici əlaqələr və portuqal icmaları komitəsinin vitse-prezidenti Pedro Filipe Soares ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, görüşdə iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə və Aİ ilə əlaqələrindən danışan Elmar Məmmədyarov Avropa İttifaqı Şurasının verdiyi mandat əsasında Azərbaycan ilə Aİ arasında strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə tezliklə danışıqlara başlanılmasının müsbət addım olduğunu diqqətə çatdırıb.

O əlavə edib ki, bu saziş nəticə etibarilə Azərbaycan və Aİ arasında əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq.

Görüşdə Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti barədə həmsöhbətinə məlumat verib, Ermənistanın desktruktiv və təxribatçı addımlarla danışıqları pozmaq siyasəti yürütdüyünü vurğulayıb.

Pedro Filipe Soares bu səfərin iki ölkə arasında siyasi dialoqun güclənməsinə və əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verdiyini deyib. O, Portuqaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Müəllimlər yaxın zamanda gecikmiş əmək haqlarını ala biləcəklər – Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Read Next

MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin dördüncü iclası olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir