“Pensiya siyasəti sadə və sabit olmalıdır”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Azərbaycanda yaşa görə mövcud 716 min nəfər pensiyaçıdan 163 mini işləməkdə davam edir.

Etikxeber.az məlumat verir ki, bunu bu gün Milli Məclisdə (MM) gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, pensiya amnistiyasının böyük müsbət təsirləri müqabilində yüz minlərlə adam hələ də sığorta stajını və sığorta kapitalını toplaya bilmir.

“Bu, hər nazir dəyişdikcə yenilədiyimiz sabit olmayan pensiya qanunvericiliyi, mürəkkəb hesablama sisteminə malik təqaüd siyasətinin nəticəsidir. Pensiya siyasəti sadə və sabit olmalıdır. Ötən 3 ildə əlillik və pensiya təyinatı ilə bağlı 211 min nəfəri də biz o hüquqdan məhrum etmişik“-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 2015 yeni yoluxma-DAHA 31 ÖLÜM…

Read Next

İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin-ÜZƏRİNƏ DÜŞDÜYÜNÜ BİLDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir