Pensiyalar 200 manat olacaq – OKTYABRIN 1-DƏN

Milli Məclisin (MM) növbədənkənar sessiyasının iclasında  “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, qanun layihəsi barədə MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsinə dəyişiklik əmək pensiyasının minimum məbləğinin artırılması ilə bağlıdır.

Belə ki, ölkə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qeyd edək ki, bundan öncə əmək pensiyasının minimum məbləği 160 manat olub.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

“Xəzərin sahili insanların ixtiyarına verilsin, çünki…” – FƏZAİL AĞAMALI

Read Next

Yol hərəkəti ilə bağlı qanuna iki mühüm – DƏYİŞİKLİK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir