Pensiyalar da qalxır – PREZİDENT 700 MİNƏ YAXIN PENSİYAÇINI SEVİNDİRƏCƏK

2019-cu ilin 1 oktyabr tarixindən etibarən Azərbaycanda pensiyaların minimum həddi 160 manatdan 200 manata qaldırılacaq.

Bu haqda Etikxeber.Az-a Milli Məclisdəki (MM) mənbələrdən məlumat daxil olub.

Bildirilib ki, dövlət başçısı İlham Əliyevin imzası və təqdimatı ilə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi artıq MM-ə daxil olub.

milli_meclis_esas_0478

Qanun layihəsi sabah-iyunun 20-də MM-in Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə və 28 iyun tarixli plenar iclasına tövsiyə olunacaq.

Qanun layihəsi qəbul olunub, imzalandıqdan və hüquqi qüvvəsinə mindikdən sonra 25 faizlik artım təxminən 700 minə yaxın pensiyaçını əhatə edəcək

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı

Read Next

Əməkhaqlarının artımı həm də iqtisadi aktivliyi artıracaq – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir