Pensiyalarla bağlı qanun layihəsi növbəti oxunuşdan keçdi…

Parlamentin növbədənkənar sessiyasının iyulun 9-da keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az məlumat verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir:

“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“O biriləri bundan şou yaratamaq istəyirlər…” – SPİKER MEDİAYA MÜRACİƏT ETDİ

Read Next

“O, Azərbaycandakı vəziyyətə yaxşı bələddir…” – İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB -(1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir