Peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlandı

Avqustun 28-də peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlanıb.

Təhsil Nazirliyindən Etikxeber.az-a bildiriblər ki, qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə təşkil olunur.

İkinci turla bağlı sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək. Nəticələrin sentyabrın 6-da elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə birinci mərhələdə 8 min 808 nəfər qəbul olunub.

Onlardan 7 min 923-ü qəbul olunduqları peşə təhsili müəssisələrində qeydiyyatdan keçib.

Etikxeber.az

Read Previous

“Vilayət Eyvazov şəhid övladına yüksək vəzifə verdi!” yazılsaydı…” – MİLLƏT VƏKİLİ HƏM İRAD TUTDU, HƏM TƏQDİR ETDİ

Read Next

MUSTAFA CƏMİLOĞLU ZELENSKİYƏ DƏ LAZIMDIRMI?! – Mövqe

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir