Peşəkar futbolçulara Serbiya klublarına transfer olunmamaq tövsiyə olundu

Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FİFPro) futbolçulara cari qış transfer pəncərəsində Serbiya klublarından uzaq durmaq çağrışı edilib.

Etikxeber.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Peşəkar futbolçulara bu ölkənin klubları ilə müqavilə bağlamamaq tövsiyə edilib. Buna səbəb kimi 2016-cı ildə Serbiya çempionatında çıxış edən futbolçuların maliyyə çətinliyi ilə üzləşməsi göstərilib. FİFPro-nun 2016-cı ildəki araşdırmasına əsasən, Serbiya birinciliyində çıxış edən futbolçuların 68 faizi əmək haqlarının yubadılması, 89 faizi isə əvvəlki komandalarına qayıtmamaq üçün təzyiqlərlə qarşılaşıb.

Bununla belə, beynəlxalq qurum peşəkar futbolçuların digər hüquqlarının pozulduğunu da rəhbər tutub. Məlum olub ki, Serbiya Futbol İttifaqı (FSS) komandalarla oyunçular arasındakı mübahisələri həll edən komissiya tərkibindən futbolçulardan ibarət üzvləri də kənarlaşdırıb.

Etikxeber.az

Read Previous

Sabah hava əsasən yağmursuz keçəcək

Read Next

Ermənistan beynəxalq humanitar hüququn tələblərini kobud şəkildə pozur – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir