Peşəkar hərbçi, Gizir, ailənin tək oğlu, 8 medallı, nəşi 25 gündən sonra torpağa tapşırılan, iki övladı Vətənə əmanət qalan-ŞƏHİD ETİBAR TEYYUB OĞLU CƏFƏROV… – FOTOLAR

Gizir Etibar Teyyub oğlu Cəfərov…

Şəmkirin İkinci Vətən Müharibəsi Şəhidlərindən, Vətən sevdalılarımızdan biri…

4 aprel 1983-cü il doğumlu…

Ailənin 3 övladından biri, 2 bacının tək qardaşı, evin tək oğlu…

Azərbaycan Ordusunun peşəkar, uzun illərin hərbçisi…

Etibar orta məktəbi bitirdikdən az müddət sonra Vətənin keşiyinə, Əsgərliyə yollanıb…

Əsgərliyini başa vurduqdan sonra isə evinə, ailəsinə dönüb…

Az sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Gizirlik kursuna gedib…

Kursu bitirdikdən sonra Azərbaycan Ordusunda Gizir, peşəkar hərbçi kimi fəaliyyətə başlayıb…

Bir çox yerlərdə olub, işləyib…

Hər yerdə də ad-san, hörmət qazanıb…

İkinci Vətən Müharibəsinin ilk günündən də Kəlbəcər-Murovdağ istiqamətində qanlı döyüşlərdə olub…

Və müharibənin ikinci günündə, sentyabrın 28-də Kürdəmirli Adəm Əliyevlə bir yerdə Vətən yolunda qəhrəmancasına Şəhid olub…

Ancaq Adəmdən fərqli olaraq, onun nəşi bir müddət tapılmayıb…

Nəşi yalnız 25 gün sonra tapılıb, ailəsinə təhvil verilib və oktyabrın 23-də doğulub boya-başa çatdığı Morul kəndində dəfn olunub, torpağa tapşırılıb…

Şəhidliyindən öncə 5 medal, Şəhidliyindən sonra isə 3 medalla-“Vətən uğrunda”, “İgidliyə görə” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub…

O, həm də ailəli-iki övlad, bir qız, bir oğul atası olub…

Zamiq və Zümrüd adlı övladları Vətənə əmanət qalıb…

Oğlu Zamiq hazırda onun yolunu davam etdirir, daha doğrusu, hərb sənətini seçib…

Eyni zamanda, Şəhidin ailəsinin Morul kəndində yaşadığı küçəyə Etibar Cəfərovun adı verilib.

***

İki gün öncə, avqustun 10-da Goranboylu Qazilərimiz-Fuad Həsənov və Osman Quliyevlə birgə Morul kəndinə, Şəhidimizin Dərdli, Yaralı, həm də Qürurlu valideynlərini ziyarət etməyə, onlara baş çəkməyə getdik…

Şəhidimizin anası Elmira xanım və insult keçirmiş atası Teyyub kişi ilə görüşdük…

Onlara Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin, Etibar Cəfərovun ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Həyatda çox yaralar almış, çox sınaqlarla üzləşmiş…Şəhid valideynləri ilə az da olsa, söhbətləşə, dərdləşə bildik…

Çox yaralıdır, çox dərlidir ailəsi, valideynləri…

Saymaqla bitməz, tükənməz…

Və çox kövrək, çox təsirli anlar yaşadıq, göz yaşlarımıza hakim ola bilmədik…

Yenə Şəhidimizin valideynlərinə az da olsa, təskinlik, təsəlli verməyə çalışdıq…

Şəhidimizin ruhu, valideynləri qarşısında bir daha baş əyirik!

Məkanı cənnətlik olsun, Nur içində uyusun!

Ruhu balalarına kömək, çıraq olsun!

Allah valideynlərinə bir daha və bir daha səbr, dözüm versin!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan-UZAQLAŞDIRILDI

Read Next

Daha 520 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir