Peşəkar hərbçi, kapitan, qərargah rəisi, ailənin tək oğlu, iki övlad atası-ŞƏHİD ƏSƏD FƏRHAD OĞLU HƏSƏNOV… – FOTOLAR

Dünən, 24 mart tarixində daha bir Nur üzlü Şəhidimizin ailəsi, valideynləri ilə tanış oldum…

İmişli rayonunun Şahverdili kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Əsəd Həsonuvun Nur simalı valideynləri-anası Mələk xanım və atası Fərhad kişi ilə…

Tanışlığımız da yenə başqa bir Şəhid ailəsində-Bərdəli (həm də Bakılı) Şəhid Fəxri Qəribzadənin bacısıgildə oldu…

Qeyd edim ki, Şəhidimizin valideynləri Şəhid Elməddin Hüseynzadənin Cənnətdəki ikinci ad günündə iştirak etmək üçün Bərdəyə gəlmiş və yolüstü Güloğlulara, Fəxri Qəribzadənin bacısıgilə dönmüşdülər…

Əsəd Həsənovun valideynləri ilə təxminən bir saata yaxın söhbətimiz oldu…

Söhbətləşdik, dərdləşdik, duyğulandıq, təsirləndik…

Olduqca Qürurlu, Məğrur və Dik duruşlu insanlar, əsl Şəhid valideynləri idi…

***

Əsəd ali təhsilli peşəkar hərbçi, kapitan, qərargah rəisi olub…

Həm də evin-ailənin iki övladından biri və tək oğul olub…

1988-ci ilin aprelin 16-da dünyaya gəlib və yaxın zamanlarda 34 yaşı tamam, Cənnətdəki ikinci ad günü olacaq…

O, eyni zamanda ailəli-iki övlad atası olub…

Qızına anasının adı-Mələk adını verib, oğluna isə Hüseyn adını qoyub…

Əsəd İkinci Vətən Müharibəsinin 5-ci günündə, oktyabrın 1-də Ağdam istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi doğulub boya-başa çatdığı Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılıb…

Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

***

Şəhidimizin ailəsinə başsağlığı verdim, Allahdan onlara səbr, dözüm arzuladım, eyni zamanda, məkanı cənnətlik, ruhu şad olsun dedim…

Allah bir daha məqamını Uca, dərgahını mübarək etsin, 32 yaşında Vətən yolunda canını fəda etmiş Şəhidimizin!

Ruhu ailəsinə, balalarına kömək olsun!

Nur içində uyusun!

Ömür boyu ona, Şəhidlərimizə borcluyuq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Rusiya qazının pulunu rublla ödəməyəcəyik”- AVROPA KOMİSSİYASININ SƏDRİ

Read Next

Narkokuryerin çantasında 16 kq narkotik aşkarlandı-BİLƏSUVARDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir