“Peşəkarlar yox dərəcəsindədir…” – VAHİD ƏHMƏDOV – YENİLƏNİB

Deputat ölkədə peşəkar mühasiblər probleminin olduğunu dedi

Azərbaycanda peşəkar mühasiblər azdır.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Vahid Əhmədov aprelin 23-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında “Mühasibat uçotu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin  müzakirəsi zamanı deyib.

VAHİDDDD-1

O, deyib ki, ölkədə hər zaman mühasib və baş mühasib problemi olub və bu gün də var.

 “Bizdə peşəkarlar yox dərəcəsindədir, çox deyil, barmaqla sayılacaq dərəcədədir. Ona görə indi mühasiblərlə bağlı sətləşdirmələrin nəzərdə tutulması düzgün deyil. Bu, gələcəkdə sahibkarlara da ciddi problemlər yaradacaq. Qabaqlar deyirdilər ki, mühasib balansı oxuyursa, o, peşəkardır. Amma indi dövr, zaman, tələbat dəyişib. Yeni peşəkarlara ehtiyac var, olanımız da çox azdır. Mən özün uzun illər zavod direktoru işləmişəm, baş mühasibim də, mühasiblərim də olub və öz işlərini bacarıqla yerinə yetiriblər.Amma eyni zaman bilirəm ki, indi bizdə bu məsələdə problemlər var və dəyişikliklər problemlər yarada bilər, yaradacaq da”.

Bu baxımdan təklif edib ki, bu məsələyə yenidən baxılsın.

***

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə də millət vəkilinin narahatlığını başa düşdüyünü və onunla razılaşdığını deyib.

Bununla belə, komitə sədri ölkədə peşəkar mühasiblərin olduğunu da sözlərinə əlavə edib:

“Bizdə peşəkarlar var və onların fəaliyyəti müsbət qiymətləndirilməlidir. Amma bu məsələdə problemlər də az deyil”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Komitə ləğv olundu, qanun layihəsi “havaya” uçdu

Read Next

Ziyad Səmədzadə Novruz Məmmədov haqda nə dedi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir