Peşəkar hərbçi, Birinci Qarabağ Savaşının iştirakçısı, Şəhidlər dayısı, xeyirxah əməllər sahibi-65 YAŞINDA DÜNYASINI DƏYİŞƏN ELXAN MƏMMƏDOV… – FOTOLAR

Elxan Yahya oğlu Məmmədov…

1957-ci ilin 22 avqust tarixində Qəhrəman Goranboy rayonunun Eyvazalılar kəndində-sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…

Uşaqlıqdan da çalışqan, işgüzar, fəal, zəhmət, əmək, insansevər olub…

Hər kəsin rəğbətini, məhəbbətini qazanıb…

Hörmət-izzət sahibi olub…

Keçmiş sovetlər ordusunda xidmət etdikdən sonra həyatını, taleyini hərblə, Ordu ilə bağlayıb…

25 ilin hərbçisi, zabiti olub…

Və bir peşəkar hərbçi kimi Birinci Qarabağ Savaşında iştirak edib, özünü bir vətənpərvər, yurdsevər hərbçi kimi tanıdıb, təsdiqləyib…

Ordudan təxris olunduqdan sonra isə bir müddət öz kəndlərində bələdiyyə sədri vəzifəsində çalışıb, həmçinin, fermerliklə, fermer təsərrüfatı ilə məşğul olub…

Və hər zaman köməyə, qayğıya ehtiyacı olan insanların yanında olub, onlara yardım edib, kömək əli uzadıb-özü də təmənnasız…

Öz şəxsi-halal qazancı, şəxsi vəsaiti ilə ucqar və baxımsız kəndlərdən olan Eyvazalılarda bir çox xeyirxah işlərə imza atıb…

Kəndin yollarının abadlaşdırılmasında, yararsız vəziyyətə düşmüş su-kanal sisteminin təmirində, kənd qəbiristanlığının hasarlanmasında böyük xidmətləri olub…

Kəndin işıqla, elektrik enerjisi ilə təmin olunması üçün öz şəxsi vəsaiti hesabına transformator qurğusu alıb və insanların, kənd sakinlərinin istifadəsinə verib…

Eyni zamanda, bu kənddə-Eyvazalılarda uzun on illiklər orta məktəb binası olmayıb…

Kəndin uşaqları təhsil almaq üçün uzun yol qət edərək, qonşuluqdakı kəndlərə üz tutmalı olublar…

Odur ki, şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə bir neçə il öncə kənddə-Eyvazalılarda 9 illik natamam orta məktəb binası istifadəyə verilib və indi kəndin uşaqları həmin məktəbdə təhsil alırlar…

İllər öncə yol kənarında bağ saldırıb ki, bu, hətta Goranboya səfəri zamanı mərhum dövlət başçısı Heydər Əliyevin diqqətini çəkib və o, bu xeyirxah işlə kimin məşğul olduğunu soruşub, öz minnətdarlığını ifadə edib…

Bəli, Elxan kişinin xeyirxah, təmənnasız işləri, fədakarlıqları saysız-hesabsızdır…

Saymaqla qurtarmaq mümkün deyil…

Bir sözlə, əsl el, Vətən, torpaq fədaisi, cəfakeşi, təəssübkeşi olub.

***

Elxan kişi həm də gözəl ailə başçısı, gözəl ailə sahibi olub…

Dörd övlad-3 qız, bir oğul atası olub…

Övladları da atalarının əziyyətini, zəhmətini itirməyiblər…

Ona layiq olmağa çalışıblar…

Ali təhsilə yiyələniblər, öz tərbiyələri, davranışları ilə seçiliblər, fərqləniblər…

Necə deyərlər, ot kökü üstə bitər!

***

Elxan kişi, Elxan Məmmədov həm də mənim yerlim, qohumumdur…

Düzünü deyim ki, qohum olmağımızdan da çox gec, bir neçə ay öncə xəbər tutmuşam…

Belə ki, onunla bacısı övladlarının-Şəhid qardaşlar – Əli və İslam Əhmədovların adını daşıyan ev-muzeyinin açılışında tanış oldum…

Tanışlığımızdan da çox məmnun qaldım…

Çox sadə, çox mehriban, çox qayğıkeş, çox diqqətcil insan idi…

İki övladını bir gündə Vətən yolunda qurban, Şəhid vermiş bacısının-Sevinc xanımın dərdi, kədəri də az qala onun çiyinlərinə düşmüşdü…

Büruzə verməməyə çalışsa da, hər dəfə Elxan kişi ilə, Elxan qardaşla görüşəndə gözlərinin, ürəyinin dərinliyindən oxunurdu çəkdiyi dərd, kədər, əzab…

Bacısına, Sevinc xanıma həm özü, həm də özü kimi cəfakeş, qayğıkeş, yanımcıl ailəsi böyük dəstəkçi idi və bu gün də elədirlər…

Bir an olsun belə onu tək buraxmırdılar və buraxmırlar…

Haçan Sevinc xanım, Sevinc bacıgilə getsəm, onu, övladlarını orada görərdim…

Sonuncu dəfə də bu ilin yanvarın 5-də, Şəhid qardaşlardan Əlinin Cənnətdəki ikinci ad günündə görüşdüm, hal-əhvallaşdım, söhbətləşdim…

Və haradan ağlıma gələrdi ki, bu, onunla sonuncu görüşümüz olacaq, sap-sağlam gördüyüm insan cəmi bir həftə sonra, bir anın içindəcə dünyasını dəyişəcək, bu fani dünyaya əlvida deyəcək, onu sevənləri və onun sevdiklərini gözləri yaşlı qoyub gedəcək…

Vəfatı xəbərini eşidəndə gerçəkdən şok oldum, çox sarsıldım, bir müddət inana bilmədim…

Və vəfatından çox üzüldüm…

Çox heyfsləndim, çox təəssüf etdim…

Çox heyf, çox təəssüf ki, bu cür nəcib bir insan bu həyatdan çox vaxtsız köçdü…

Və Qazilərimizlə yeddi mərasimində iştirak etdim, bacısı-Şəhidlər anası Sevinc bacıya, ailəsinə, əzizlərinə başsağlığı verdim, onlara Allahdan səbr dilədim, məkanı cənnətlik, ruhu şad olsun dedim…

Allah bir daha səbrlərini versin!

Böyük Yaradan bir daha məkanını cənnətlik, məqamını Uca etsin!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava buludlu və duman olacaq-SABAH

Read Next

Yoluxmada növbəti artım-1697 NƏFƏR – DAHA 13 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir