Peterburqda terrakt nəticəsində yaralananlardan birinin azərbaycanlı olduğu bəlli oldu

Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib.

Etikxeber.az bildirir ki, bu barədə APA-nın Rusiya bürosuna Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib.

O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.

E. Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Etikxeber.az

Read Previous

MEHRİBAN ƏLİYEVA: “Belə qadınların yalnız belə oğulları ola bilər…” – FOTO

Read Next

Daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır – “Azəravtoyol”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir