Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dövlətimizin koronavirusa qarşı gördüyü tədbirlər öz nəticəsini verməkdədir.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.
“Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, bu gün Azərbaycanda 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Azərbaycanda karonavirus təhlükəsinə qarşı tətbiq edilən karantin dövründə ilk dəfədir ki, bir gün ərzində sağalanların sayı virusa yoluxanların sayından çoxdur. Əgər bu statistika bir neçə gün davam edərsə, biz pik nöqtəsini keçmişik və pandemiyanın ölkəmizdə sönməyə doğru getdiyini söyləyə bilərik. Dövlətimizin koronavirusa qarşı gördüyü tədbirlər öz nəticəsini verməkdədir”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az





