Pirşağı, Nardaran, Bilgəhdə qazda hər hansı dayandırma olmayacaq – “AZƏRİQAZ”

Oktyabrın 16-da saat 10:00-dan planlaşdırılan diametri 530 millimetr olan “Digah-Bilgəh” orta təzyiqli qaz xəttinin bir hissəsinin diametri 500 millimetr olan polietilen kəmərlə əvəz olunması işləri texniki səbəblərdən təxirə salınıb.

Ona görə də, Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci Sovxoz yaşayış massivində qaz təchizatında hər hansı dayandırma olmayacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Etikxeber.az

Read Previous

“Səni siyahıya aldılar və ya nəyi təklif edirik?” – EKSPERT YAZDI

Read Next

“Özünü müsəlman hesab edənlərin Ermənistanla dostluğa haqqı yoxdur” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir