Plenar iclaslar videokonfrans sistemi ilə-KEÇİRİLƏCƏK…

Milli Məclisin (MM) plenar iclasları videokonfrans sistemi ilə keçiriləcək.

Etikxeber.az xəbər verir ki, bu, MM-in bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, bu il dekabrın 30-dək karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək. Videokonfrans sistemi vasitəsi ilə keçirilən iclaslarda səsvermə ilə bərabər, həm də qeydiyyat deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək. Bu dəyişiklik Milli Məclisə seçim imkanı verəcək ki, virtual iclaslar internetlə yanaşı, intranet (ölkədaxili), lokal şəbəkələrdən istifadə etməklə reallaşdırılsın.

Qanun layihəsi səsverməyə çıxarılaraq, üçüncü-sonuncu oxunuşda qəbul edilib.

Etikxeber.az

Read Previous

Dövlət valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək-DƏYİŞİKLİK

Read Next

“Nizaməddin Şəmsizadəni qəbuluma gətirmişdilər, Quba rayonuna icra başçısı təyin etdirmək istəyirdilər…”-ARİF HACILIDAN SƏRT SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir