Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoruluğuna namizədliyi irəli sürüldü

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi verilib.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın təşkilat yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov bildirib.

Namizədlik rəsmi şəkildə baxılması üçün Azərbaycan tərəfindən təşkilatın İcrayyə Komitəsinə təqdim edilib.

Seçkilər bu ilin payızında keçiriləcək.

Qeyd edək ki, YUNESKO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyət müddəti bu il başa çatır.

O, 2009-cu ildən bu vəzifəni icra edir, 2013-cü ildə ikinci dəfə baş direktor seçilib.

Etikxeber.az

Read Previous

“Mehman Hüseynovla görüşdüm, əhvalı yaxşıdır” – VƏKİL

Read Next

Bahar Muradovadan Arif Rəhimzadəyə dəstək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir