Poladın sevdiyi mahnı bu dəfə onun ruhuna səsləndi…-CƏLAL QURBANOV YAZDI – FOTO

General Polad Həşimov, “Biri sənsən, biri mən” mahnısını çox sevərdi. Həmişə bu mahnını dinləyər, hər səsində bir ana sevgisini, bir oğul məhəbbətini yaşardı…Bu gün həmin o mahnı – onun müqəddəs ocağında, əziz anasının yanında səsləndi…

Etikxeber.az xəbər verir ki, bunu tanınmış iş adamı-xeyriyyəçi Cəlal Qurbanov öz Facebook səhifəsində paylaşdığı statusunda yazıb.

O, daha sonra bunları qeyd edib:

“Dəyərli sənətkarımız Aybəniz Haşımova bu nəğməni Poladın öz ruhuna ithaf edərək ifa etdi. O nəğmə bu dəfə təkcə bir mahnı deyildi – o, bir xalqın şəhidinə dediyi minnətdarlıq, bir ananın göz yaşına çevrilmiş sevgi idi…Azərbaycanın qəhrəman generalı Polad Həşimovun evini ziyarət edən Aybəniz xanım və sevilən aktyorumuz Füzuli Hüseynov bir daha sübut etdilər ki, sənət yalnız səhnədə deyil – qəlbdə, yaddaşda, şəhid ruhuna dəyər verən baxışda yaşar…

O ocaqda səslənən hər söz, hər nəğmə – şəhidə, anaya və Vətənə olan böyük məhəbbətin, sədaqətin səssiz fəryadı idi. Bu görüşdə yaşanan səmimi sözlər, duyğulu anlar hər birimizin qəlbində silinməz iz buraxdı. Şəhid analarına belə dəyər verən sənətkarlarımız – xalqımızın vicdanı, sənətin qürurudur. Çünki bir nəğmə bəzən bir xalqa səcdə olar…

Bəzən bir ana baxışında bütün Vətən susar…Bəzən bir səssiz dua, bir şəhidin adını əbədiləşdirər…Yaşasın Vətən uğrunda can verənlərin ruhu!Yaşasın şəhid Polad Həşimov – bir millətin yaddaşında ölməz olan Generalımız!”

Etikxeber.az

Read Previous

9 yaşından Gəncədə bibisinin himayəsində böyümüş-SAMUXLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ PƏRVİZ RÜSTƏMOVUN BU GÜN 33 YAŞI TAMAM OLUR…

Read Next

“2026-cı ildə Azərbaycan Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək…”-İlham Əliyev Aleksandr Turçini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir