Polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı-DİN MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) Hacıqabul rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, martın 20-si saat 17 radələrində Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində Saməddin Yəhyayev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, yol qəzasında ölən S.Yəhyayev Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı olub.

Etikxeber.az

Read Previous

Bəzi yerlərdə-QAR YAĞACAQ

Read Next

Lavrov Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə-MÜZAKİRƏLƏR APARDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir