“Polis pisdir, hakim pisdir, deputat pisdir, bəs sən özün yaxşısanmı?”-DEPUTAT

Problem varsa, ucuz şou bundan çıxış yolu deyil. Polis pisdir, hakim pisdir, deputat pisdir, bəs sən özün yaxşısanmı?

Etikxeber.az məlumat verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin (MM) bugünkü iclasında çıxışı zamanı deyib.

Millət vəkili hesab edir ki, hazırda ucuz şəbəkə fenomenləri qapı-qapı düşüb həssas təbəqədən olan insanlar axtarırlar.

“Başa düşürük problemlər var, ancaq onların həlli yolları da var axı. Bu halda bilərəkdən ictimai nifrət yaratmaq təxribatdır. Belə olan halda vətəndaşlar ayıq-sayıq olmalıdır. Çünki problemi ucuz şəbəkə fenomenləri deyil, dövlət həll edir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Əsas hədəfimiz insanların çalışma yerindən uzaqlaşmaması və işləməsidir”-FAZİL MUSTAFA OPERATİV QƏRARGAHA SƏSLƏNDİ

Read Next

Parlamentdə bələdiyyələrin hesabatı-SPİKER VƏ MM MEHRİBAN ƏLİYEVANI TƏBRİK ETDİ, QÜDRƏT HƏSƏNQULUYEV BƏLƏDİYYƏLƏRİN SƏLAHİYYƏTLƏRİNİN ARTIRILMASININ TƏRƏFDARIDIR, SABİR RÜSTƏMXANLI SOYADLARLA BAĞLI MƏSƏLƏNİ QALDIRDI – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir