Polis rəisi özünü iş otağında güllələyərək öldürdü-BAKIDA

Baş Prokurorluq Bakıda polis rəisinin özünü güllələyərək öldürməsi faktı ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumatda bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.

Etikxeber.az

Read Previous

“Ələtdən Zəngəzura gedəcək yollar da, Fizuldəki hava limanı da dünyaya və ilk növbədə ermənilərə verilən mesajdır: işğalçılıq planları ilə nə Aralıq və Qara dənizinə, nə də Xəzərə əliniz çatacaq”-ZAHİD ORUC

Read Next

MM-in iclası: NİGAR ARPADARAİ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ BAĞLI MƏSƏLƏNİ, RƏŞAD MAHMUDOV ASTARANIN SU PROBLEMİNİ QALDIRDI, NÖVBƏDƏNKƏNAR SESSİYA BAŞA ÇATDI – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir