“Polisin, xüsusilə hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır…”-AQİL ABBAS

Polisin, xüsusilə hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

Millət vəkili bildirib ki, qardaş Türkiyədə hərbçi pensiyaya çıxandan, yaxud işindən ayrılandan sonra xəstəxanadan pulsuz istifadə edir:

“Bizdə də belə olmalıdır. Hələ ki, bizdə icbari tibbi sığorta tətbiq edilmir. Daxili İşlər Nazirliyində bu məsələ öz həllini tapıb. İşindən ayrılan işçilər də Daxili İşlər Nazirliyinin hospitalından istifadə edə bilir. Hərbçilər üçün də belə olmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Terrorçuluqla bağlı məqam ortaya gətirilərkən daha çox İran vasitəsilə Ermənistana keçən PKK və digər terrorçular nəzərdə tutulur…”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

“Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi olan Şuşada, Laçında, Xankəndidə dalğalanacaq”-Spiker – MM-in iclası-BAŞLADI, ƏLİ MƏSİMLİ BƏZİ XARİCİ ŞİRKƏTLƏRİ İTTİHAM ETDİ – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir