Polislərin üstünə maşın sürən şəxs barəsində həbs qətimkan tədbiri seçildi-BİRGƏ MƏLUMAT YAYILDI

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməkdə şübhəli bilinən şəxslə bağlı birgə məlumat yayıb.

Etikxeber.az xəbər verir ki, məlumatda deyilir:

“Xəbər verildiyi kimi, aprelin 28-də saat 08 radələrində Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, idarə etdiyi avtomobillə xidməti vəzifələrini yerinə yetirən polis işçilərinə tabesizlik göstərən şəxs saxlanılıb.

Əməliyyat məlumatı əsasında əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun üzərində və idarə etdiyi avtomobilində axtarış aparılan zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Aparılmış araşdırmalarla R.Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.

Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir”.

Etikxeber.az

Read Previous

“Referendum Özbəkistan Prezidentinin həyata keçirdiyi kursa xalqın göstərdiyi etimaddır”-İLHAM ƏLİYEV – FOTO

Read Next

“Nə qədər deyirdim ki, evlən, ailə qur, elə deyirdi ki, ana, hələ vaxtı deyil, gözlə…”-27 YAŞINDA ŞƏHİDLİK MƏQAMINA UCALAN EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU VÜSAL DƏMİROVUN ANASI NÜŞABƏ DƏMİROVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir