Politoloq: “Amerikalı həmsədrin dedikərinə aydınlıq gətirməsi vacibdir”

“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirdiyi mətbuat konfransında sensasiyaya səbəb olacaq açıqlama verib. Amerikalı diplomat deyib ki, guya “Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə başlayıb və biz bunu alqışlayırıq”. Ermənilərin qulağına xoş olan bu xəbərə aydınlıq gətirilməlidir. Azərbaycan prezidentinin statusla bağlı son fikri Rusiyanın “Sputnik” agentliyinə verilən müsahibədə əks olunub. Həmin müsahibədə İlham Əiyev Dağlıq Qarabağa yalnız muxtar respublika statusunun verilə biləcəyini deyib”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun dediyinə görə,Ceyms Uorlik İrəvanda erməni separatçılarını sevindirəcək daha bir fikir söyləyib: “Əminəm ki, Anjey Kaspşikin missiyasının genişlənməsi doğru istiqamətdə vacib addım olacaq”.

O, qeyd edib ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasının genişlənməsi atəşkəsin uzunömürlü olması və beləcə işğalın davamının uzanması deməkdir ki, bu Azərbaycanın maraqlarına cavab vermir.

“Uorlikin İrəvanda dediyi bircə açıqlama ilə razılaşmaq olar: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı hələlik müəyyənləşməyib”. Bu görüş ilin sonuna qədər ümumiyyətlə baş tutmaya bilər.

Ceyms Uorlikdən əvvəlki amerikalı həmsədr Metyu Brayza da Bakıda bir söz, İrəvanda isə fərqli söz deyərdi və hər dəfə də etiraz edərdi ki, Ermənistandakı açıqlamalarını təhrif ediblər. Əgər Uorlikin də açıqlamasını erməni saytları dezinformasiya məqsədilə təhrif ediblərsə, amerikalı həmsədrin dedikərinə aydınlıq gətirməsi vacibdir.

Çünki, Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılması rəsmiləşdirilmədən Azərbaycan rəsmiləri həmsədrlər və qarşı tərəflə status məsələsini müzakirə etməyəcəklər. Yox əgər Uorlik İrəvandakı açıqlamasının arxasında duracaqsa, ya məsələyə Prezident Administrasiyasının mətbuat xidməti, ya da XİN-nin mətbuat xidməti qarışmalıdır”-deyə, politoloq sonra bildirib.

Etikxeber.az

Read Previous

Rabitə və yüksək texnologiyalar naziri Ağcabədiyə niyə gedir?

Read Next

Prezident hakimiyyətdən kənarlaşdırılır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir