Politoloq həmsədrləri dilə gəlməyə, bildiklərini söyləməyə çağırdı

İşğalçı ölkə substantiv danışıqlara getmək istəmir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, politoloq Sahib Alıyev deyib.

Onun sözlərinə görə, belə görünür ki, cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək və bunda da Ermənistan tərəfi maraqlıdır.

“Çünki işğalçı ölkə substantiv danışıqlara getmək istəmir.

sahib_aliyev_054

Ona görə də çalışır ki, Qarabağda toqquşma olsun, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr də yenidən danışıqlarda diqqəti atəşkəs rejiminin pozulamsının qarşısının alınması və bu qəbildən olan ikinci dərəcəli məsələlərə yönəltsinlər.

Amma həmsədrlər də gözəl bilirlər ki, atəşkəs rejiminin pozulmamasının ən effektli və doğru yolu işğalçı ordunun Azərbaycan torpaqlarını tərk etməsidir.

Bildiklərini nə qədər tez dilə gətirsələr, burada sülhə, eyni zamanda da beynəlxalq hüquqa bir o qədər çox töhfə vermiş olarlar…”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Tarixi buluşma” – İMAMOĞLU İLƏ YILDIRIM CANLI DEBATDA – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Bundan sonra məsələnin həlli çox da uzanmayacaq” – MUSA QULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir