Politoloq: “Lider TV-nin əməkdaşının Lavrova sualına görə işdən çıxarılması xəbəri doğrudursa…”

“Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təqdimatı ilə Lider TV-nin Moskvadakı əməkdaşı Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova verdiyi suala görə işdən çıxarılması xəbəri doğrudursa, buna ancaq təəssüf etmək qalır. Səhv sual olmur, səhv cavab olur”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bu yöndə mətbuatda yer alan məlumatlara münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, Anar Həsənov sualı ilə Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında nə düşündüyünü açıq şəkildə ortaya qoydu və buna görə əslində Anar Həsənova minnətdar olmaq lazımdır.

“Guya Anar o sualı verməsəydi, Lavrov Dağlıq Qarabağ məsələsində fərqli mövqe tutacaqdı? Aydındır ki, Lavrov Qarabağ məsələsi ilə bağlı qapalı görüşlərdə məhz Anara verdiyi cavab konteksində çıxışlar edir, sadəcə bizim bundan xəbərimiz olmayıb. Anarın sualı bizə imkan verdi ki, Lavrovun qapalı görüşlərdə nə dediyini bilək.

Anarın məhz həmin suala görə işdən çıxarılması xəbəri təsdiqlənərsə, bu Rusiyadan və ermənipərəst Lavrovdan necə çəkindiyimizi ortaya qoyacaq. Təki bu xəbər təsdiqini tapmasın. Pis nüminədir. Çünki, Anar Həsənov olayı televiziyaların o biri jurnalistlərini son dərəcədə ehtiyatlı olmağa, xarici ölkə rəsmilərinə Qarabağla bağlı prinsipial sualar verməkdən çəkindirəcək…”-deyə, o, sonra bildirib.

Etikxeber.az

Read Previous

“Bu, həm də xristian dünyasına, digər dinlərə bir çağırışdır…” – MURADOVA

Read Next

“Almaz” tamaşasının yeni səhnə həyatı – 30 il sonra – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir